Pezeşkiandan təcili qərar: İran valyutası dəyişir

İran Prezidenti Məsud Pezeşkian sürətlə ucuzlaşan İran rialını əvəz edəcək yeni milli valyutaya – tümənə keçidlə bağlı qanun layihəsini parlamentə təqdim edib.

turaninsesi.az” xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, pul islahatının tərkib hissəsi milli valyutanın 10 000:1 nisbətində denominasiyası olmalıdır. Bu gün deputatların müzakirəsinə təqdim edilən qanun layihəsi hələ 2019-cu ilin iyulunda, Həsən Ruhaninin ölkə prezidenti olduğu vaxtda hökumət tərəfindən təsdiqlənmişdi.

İran rəsmiləri hesab edirlər ki, denominasiya mümkün qədər tez həyata keçirilməlidir. Səbəb İran rialının bazar məzənnəsinin rekord səviyyədə aşağı düşməsidir, dekabrın 19-da dollara nisbətdə tarixi minimuma – 1 dollar üçün 777 min riala düşüb. Eyni zamanda, İran Mərkəzi Bankının rəsmi məzənnəsi 2017-ci ildən faktiki olaraq dəyişməz qalıb – 1 dollar üçün 420 min rial səviyyəsində.