İranın nəfinə casusluq etmiş israilli həbs olundu

İsrailin təhlükəsizlik qüvvələri 23 yaşlı bir gənc İran kəşfiyyatının casusları ilə əlaqədə və pul qarşılığında əməkdaşlıqda ittiham edilib.

turaninsesi.az” xəbər verir ki, həbsi “Shin Bet” və polis həyata keçirib.

Adı çəkilməyən şəxs oktyabr ayında casusluğa cəlb olunubvə noyabr ayında təhlükəsizlik cinayətləri törətməkdə şübhəli bilinərək həbs edilib.

O, İsrailin elektrik enerjisi şəbəkəsinə zərər vurma cəhdində ittiham olunur.

Həmin şəxsin işğal altındakı ərazilərdə hücum təşkil etmək üçün səsboğucu silah və partlayıcı hazırlamaq üçün material axtardığı da iddia edilir.

Şübhəli həbs edilib və yaxın günlərdə barəsində ittiham aktının çıxarılacağı gözlənilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI