Türkiyə Milli Müdafiə Nazirliyi: Terrorçuların mövqeləri darmadağın edilir
Türkiyə ordusu Suriyada və İraqda terrorçuların mövqelərini darmadağın edib.
“Turanın səsi” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi tviter hesabında məlumat yayıb.
“Terror yuvaları dəqiq zərbələrlə darmadağın edilir”, – Milli Müdafiə Nazirliyinin tviter hesabındakı paylaşımında qeyd edilir.
Milli Müdafiə Nazirliyi həmçinin sosial şəbəkə hesabında “Hesab vaxtıdır! Alçaqlardan xain hücumların hesabı sorulur”, – paylaşımını edib.
Paylaşımda Türkiyənin döyüş təyyarəsinin uçuş-enmə zolağından qalxmasının fotosu da yer alıb.
Nazirlikdən əlavə edilib ki, İraq və Suriyanın şimalında terrorçuların Türkiyəyə qarşı hücumları üçün baza kimi istifadə edilən bölgələrdə “Pençe Kılıç” hava əməliyyatı həyata keçirilib. Əməliyyatın keçirilməsində məqsəd PKK/YPG və digər terror qruplaşmalarını, İraq və Suriyanın şimalından Türkiyə xalqına, təhlükəsizlik qüvvələrinin əməkdaşlarına qarşı terror hücumlarını zərərsizləşdirmək, sərhədin təhlükəsizliyini təmin etmək, terroru mənbəyində məhv etmək məqsədi daşıyıb.