Bakı və İrəvan arasında nizamlanma vacibdir – Sözçü
Hazırkı administrasiya son günə kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üzərində işləməyə davam edəcək.
“turaninsesi.az” xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib.
O, ABŞ-nin səylərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına gətirib çıxarmamasından ABŞ-ın məyus olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib:
“Biz məyusluqlara diqqət yetirməməyə çalışırıq və sadəcə işləməyə davam edirik. Katib Blinken uzun müddətdir ki, bir çox məsələlərdə işlərin öz bəhrəsini verməyə başlamazdan əvvəl çoxlu günlərlə gərgin iş lazım olduğunu bildirib. Bu sitatı çox səhv qeyd etmişəm, ona görə də üzr istəyirəm. Amma bu məsələ bu administrasiya və dövlət katibi üçün həyati əhəmiyyət kəsb etməkdə davam edir və biz son günə qədər bu məsələ üzərində işləməyə davam edəcəyik”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI