ABŞ Prezidentinin doğum gününü necə keçirəcəyi açıqlanıb
ABŞ Prezidenti Cozef Bayden ad gününü noyabrın 20-də ailəsi ilə birgə qeyd etmək niyyətindədir.
“Turanın səsi” xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə bildirib.
“Birinci ledi bazar günü Prezidentin ad gününü ailəsi ilə qeyd etmək üçün səhər yeməyi hazırlanması ilə məşğul olacaq. Adətən bunu Şükran Günündən əvvəl – çərşənbə günü qeyd edirlər. Lakin həftəsonu ailəsi burada olacağı üçün onun bunu birbaşa ad günündə qeyd etmək imkanı olacaq”, – Ağ evin mətbuat katibi jurnalistin sualını cavablandırıb.
Qeyd edək ki, noyabrın 20-də Cozef Baydenin 80 yaşı tamam olacaq. Şükran Günü isə noyabrın 24-də qeyd olunacaq.