Kəmaləddin Heydərov general Aqşin Kazımovu yeni vəzifəyə təyin etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin işdən çıxarılan rəisi, general-mayor Aqşin Kazımova yeni vəzifə verilib.
“turaninsesi.az“-ın əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
Əmrə əsasən, general-mayor Aqşin Kazımov Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilib.
Qeyd edək ki, 59 yaşlı A.Kazımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI