Trampın komandası İrana zərbə variantını nəzərdən keçirir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün ona zərbə endirmək variantını nəzərdən keçirir.
“turaninsesi.az” The Wall Street Journal-a (WSJ) istinadla xəbər verir ki, bunu Tramp komandasındakı mənbələr deyib.
Onların sözlərinə görə bu məsələ ilə bağlı bütün müzakirələr çox ilkin xarakter daşıyır.
Trampın bir çox müşavirləri və tərəfdaşları qeyd ediblər ki, söhbət əsasən İsrailin Nətənz, Fordo və İsfahandakı nüvə obyektlərinə zərbələrini dəstəkləməkdən, hətta ABŞ-ın əməliyyatda mümkün iştirakı ilə bağlı olub.
İsrailin indiki və keçmiş rəsmiləri izah ediblər ki, İranın bir çox müəssisələri yerin altında olduğundan müstəqil səylərin nə dərəcədə uğurlu olacağı məlum deyil.
Eyni zamanda, həmsöhbətlər deyirlər ki, gələcək administrasiya Tehrana maksimum təzyiq üçün yeni strategiya hazırlayır. Onun çərçivəsində 2 yanaşma təqdim olunur.
Birincisi, Yaxın Şərqə əlavə təyyarələrin, gəmilərin və hərbi personalın transferini, İsrailə bunker busterləri kimi daha təkmil silahların satışını və Tehranı danışıqlar masasına oturtmaq üçün sanksiyaları birləşdirəcək.
İkinci yanaşma, ABŞ-ın İrana qarşı güc tətbiq etmə hədəsini İran iqtisadiyyatına ciddi ziyan vuracaq sanksiyalarla birləşdirərək eyni nəticəyə nail olmaqdır.
Bununla belə, WSJ aydınlaşdırır, Trampın hansı variantı seçə biləcəyi bəlli deyil.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI