Əli Əsədov Moskvadakı iclasa qatıldı
Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir.
“turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edir.
Görüşdən əvvəl hökumət başçıları ənənəvi olaraq birgə foto çəkdiriblər.
Rusiyanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə MDB məkanında ticarət-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri daxildir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI