Zaxarovadan İrəvana xəbərdarlıq: Bu hüququ itirəcək
Təşkilatın maliyyələşdirilməsi üzrə öhdəliklərini yerinə yetirməyən KTMT-yə üzv dövlətlər səsvermə hüquqlarını itirə bilərlər.
“turaninsesi.az” RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, bu cür tədbirlərə əsas 2 il ərzində qaytarılmayan borc ola bilər: “Bu yanaşma BMT-dəki təcrübəyə bənzəyir”.
Zaxarova qeyd edib ki, KTMT-nin maliyyələşdirilməsi bütün iştirakçı ölkələr üçün məcburidir və təşkilatın büdcəsi ortaq töhfələr hesabına formalaşır:
“Rusiya KTMT büdcəsinin yarısını, digər iştirakçılar isə 10%-ni ödəyir. Ödənişlərdən hər hansı imtina və ya gecikdirmə forması nəzərdə tutulmur: cari il üçün köçürülməyən məbləğlər borc yaradır.”
2 illik borcun olması halında, Zaxarovanın sözlərinə görə, dövlət KTMT-də səsvermə hüququndan məhrum edilə bilər.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI