Bəşər Əsəd özü ilə 137 milyard pul aparıb – SENSASİON İDDİA

27 noyabrda Heyət Təhrir əş-Şamın (HTŞ) rəhbərliyində başlayan hərbi əməliyyatlar nəticəsində Suriyadakı Baas Partiyasının 61 illik hakimiyyətinə son qoyulub. Ölkəsində yaranana xaotik vəziyyəti idarə edə bilməyən Bəşər Əsəd isə ailəsi ilə birlikdə Rusiyanın paytaxtı Moskvaya qaçıb

turaninsesi.az” xarici KİV-ə istinadla xəbər verir ki, Şamın kəşfiyyat xidmətində çalışan mayor rütbəli Xalid Beyye Suriyada baş verən hadisələrlə bağlı verdiyi açıqlamada Əsəd rejiminin Hələbin süqut etdiyi gün devrildiyini bildirib.

Beyye iddia edib ki, Əsəd Rusiyaya qaçaq yolla 135 milyard dollar aparmağa nail olub.

“Rejimin çöküşündən əvvəl böyük bir qarşıdurma oldu. Rusiyayönlü komandirlərlə İranın dəstəklədiyi komandanlıq arasında böyük qarşıdurma var idi. İlk qarşıdurma Hələb komandiri general Məhəmməd Səfadlı ilə Rusiyanın sadiq generalı Süheyl Həsən arasında oldu. Bundan sonra hərbi kəşfiyyatla ordu arasında məlumat alış-verişi dayandı. Hələbin süqut etdiyi gün başlayan məğlubiyyət isə müxalifəti Dəməşqə gətirdi”, -deyə o, bildirib.

Beyye onu da əlavə edib ki, baş verən hadisələr fonunda rejim komandanlıq səviyyəsində təmsil olunan 273 yüksək rütbəli hərbçisini edam edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI