Peskov Əsədin qərarına toxundu: “Şəxsidir”
Bəşər Əsədin Suriya prezidenti postunu tərk etməsi şəxsi qərarı olub.
“turaninsesi.az” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Əsədin gedişindən sonra Qərbi Asiyadakı vəziyyətin təhlili vacibdir: “Qeyri-müəyyənlik dövründən sonra nə olacağını proqnozlaşdırmaq müşküldür. Kreml Suriyadakı vəziyyətin necə inkişaf edəcəyini hələ də proqnozlaşdırmaqda çətinlik çəkir, lakin Yaxın Şərq ölkələri ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”.