Baş nazir: Suriya hökuməti fəaliyyətini davam etdirir
Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Dəməşqdə hakimiyyətin silahlı müxalifətə keçməsindən sonra kabinetin öz vəzifələrini yerinə yetirməyə davam etdiyini bildirib.
“turaninsesi.az” xəbər verir ki, o, keçid dövrünün tez və rəvan keçməsini təmin etməyə çalışdıqlarını deyib.
Əl-Cəlali qeyd edib ki, hökumət müxalifətlə koordinasiyalı fəaliyyət göstərir. O əlavə edib ki, təhlükəsizliklə bağlı vəziyyət yaxşılaşır.