Narkotiklə bağlı tutulan mütəşəkkil dəstənin daha 2 üzvündən 26 kq narkotik vasitə götürülüb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat tədbirləri davam etdirilir.
Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .
Sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin daha iki üzvü – əvvəllər məhkum olunmuş Rüfət Əhmədov və Abbas Məlikov saxlanılıblar. Onlardan ümumilikdə 26 kiloqram heroin və tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanıb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Biləsuvar rayonu, eləcə də paytaxt ərazisində müxtəlif ünvanlardan, əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı şəxslərə çatdırmağı planlaşdırıblar.
Saxlanılanların hər biri ölkədə narkotik vasitələrin əsas tədarükçülərindən olublar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI