Adil Əliyev 30 Avqust Türkiyənin Zəfər bayramıdır və bu il qardaş ölkə tarixi Zəfərinin 100-cü ilini qeyd edir.

0

30 Avqust Türkiyənin Zəfər bayramıdır və bu il qardaş ölkə tarixi Zəfərinin 100-cü ilini qeyd edir. Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci ilin bu günü Dumlupınarda qazanılmış şanlı qələbə qardaş xalqın tarixinin ən mühüm hadisələrindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında olan səmimi dostluq, qardaşlıq münasibətləri ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsini təmin edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ikinci bir dövlət yoxdur və ölkələrimiz arasındakı münasibətlər ən yüksək səviyyədədir. Qardaşlarımızı bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi Biz bir millət, iki dövlətik. 🇦🇿🇹🇷

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir