Müdafiə nazirinin ölkədən çıxışına qadağa qoyuldu

Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-Hyunun ölkədən çıxışına qadağa qoyulub.

turaninsesi.az” Yonhap-a istinadla xəbər verir ki, buna səbəb istintaqın davam etməsidir.

Seul Mərkəzi Dairə Prokurorluğu bu qadağanı bir qrup kiçik siyasi partiyanın şikayəti ilə əlaqələndirib. Şikayətdə Kim Yonq-Hyun, prezident Yun Sok-Yol və ordu qərargahı rəisi Park An hərbi rejim tətbiq etmək cəhdi ilə bağlı vətənə xəyanətdə ittiham edilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI