Zaxarova: İrəvanın BCM-də iştirakı münasibətlərə zərər vurur
Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) və Ermənistanın bu məhkəməyə qoşulmasına münasibəti hər kəsə məlumdur.
“turaninzesi.az” RIA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, İrəvanın BMC-nin Roma statutunda iştirakı Haaqa tribunalının bir sıra rusiyalı vəzifəli şəxslərin həbsinə order verməsi fonunda Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur:
“Bu, rəmzi zərər deyil, olduqca praktikidir. Əgər Ermənistanın BCM ilə əməkdaşlığı həqiqətən də hansısa beynəlxalq normaların möhkəmlənməsinə yardım etsəydi, yəqin ki, bunu başa düşmək, alqışlamaq olardır. Lakin bu “psevdo məhkəmə”nin iki onillik iş təcrübəsi bunun əksindən xəbər verir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI