Vilayət Eyvazov Balakən Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib 

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Balakən Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.  

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

İki gün ərzində nazir 194 vətəndaşın müraciətini dinləyib, problemlərinin həlli üçün tapşırıqlar verib.

Keçirilən sıra baxışında polis orqanlarında xidmət etmək arzusunda olan 198 gənc seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 34-ü Vətən müharibəsi iştirakçısıdır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI