MSK yeni seçiləcək bələdiyyə üzvlərinin sayını açıqladı

Azərbaycanda təyin edilmiş növbəti bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayı məlum olub.

turaninsesi.az” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) saytında məlumat yayımlanıb.

Ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək.

Siyahıya əsasən, ən çox bələdiyyə 83 saylı Beyləqan seçki dairəsi və 98 saylı Bərdə-Tərtər seçki dairəsinin ərazisindədir.

Beyləqan seçki dairəsi üzrə 16 bələdiyyəyə 172 üzv, Bərdə-Tərtər seçki dairəsi üzrə isə 16 bələdiyyəyə 164 üzv seçiləcək.

Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-a təyin edilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI