DSX-da müəmmalı əsgər ölümü: Həbs edilən var
Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin baş leytenantı Orxan Rzalı həbs olunub.
“turaninsesi.az” etdiyi məlumata görə, onun həbsi həmin hərbi hissədə xidmət edən əsgər Həbib İlham oğlu Orucovun ölümü ilə bağlıdır.
Baş leytenant Orxan Rzalı barəsində məhkəmə tərəfindən 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar çərçivəsində Hərbi Prokurorluq Orxan Rzalının digər tükürpərdici cinayət əməllərini də aşkarlayıb. Hazırda bu məsələ ilə bağlı istintaq davam edir.
Qeyd edək ki, Həbib Orucov noyabrın 9-da odlu silahdan açılmış atəş nəticəsində ölüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI