Əraqçi: “Hizbullah” İsrailin məğlubedilməzliyi mifini yenə dağıtdı

Livanın müqavimət hərəkatı “Hizbullah” İsrailin məğlubedilməzliyi mifini növbəti dəfə məhv edib.

turaninsesi.az” IRNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

XİN rəhbəri İsrailin baş naziri Benyamin Netanyahunun Livanın cənubunda rejimin ağır itkilər verməsindən sonra atəşkəslə razılaşdığını vurğulayıb:.

“Son 1 ildə Netanyahu ABŞ-ın tam hərbi dəstəyi və siyasi örtüyündən istifadə etməklə, müharibə cinayətlərini maliyyələşdirmək üçün amerikalı vergi ödəyicilərindən on milyardlarla dollar qazanıb. O, Livanın cənubunda ağır itkilərdən sonra yenə də atəşkəs istəməyə məcbur olub.

Əraqçi əlavə edib: “İsrailin Qəzzada da məğlubiyyətini etiraf etməsinin vaxtı çatıb”.