Vüqar Rəhimzadə: Yeni dövlət büdcəsi sosial siyasətlə tamamlanır

Hər bir ölkənin inkişafında iqtisadi tərəqqi əsasdır. Bu amilin rolunu bu günümüzün reallıqlarını müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə daha aydın görürük. Ölkədə sabitliyin olmaması zəngin iqtisadi potensiala malik olan Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin yaradılması iqtisadi inkişafı şərtləndirdi. Uğurlarımızın əsasında Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ulu Öndərin gərgin səyləri nəticəsində  1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynadı.

Ötən bu illər Azərbaycanın dünyaya təkmil inkişaf modelini təqdim etməsi ilə xarakterizə olunur. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollar təşkil edir. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, möhkəm təməlin, Azərbaycanın uğurlu inkişaf strategiyasının nəticəsidir. Bu fikir daim dövlətimizin başçısı İlham Əliyev tərəfindən xüsusi qeyd edilir ki, neftlə zəngin çox ölkələr var. Lakin bu resurslar heç də onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Lakin Azərbaycanın iqtisadi inkişaf strategiyasını düzgün müəyyənləşdirməsi bu problemləri yaşamamasını təmin etdi. Neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin edilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımların davamlılığında özünün aydın ifadəsini tapır. Azərbaycan bu gün özünü dünyaya sosial dövlət kimi təqdim edir. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması, vətəndaş məmnunluğunun artırılmasına xidmət edən addımların davamlılığı həyata keçirilən sosial-iqtisadi siyasətin əsas tərkib hissəsidir.

turaninsesi.az” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili bu günlərdə Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşda qəbul edilən 2025-ci ilin dövlət büdcəsi layihəsi əsasında Azərbaycanın hazırkı iqtisadi və maliyyə imkanlarından geniş bəhs edərək bildirib ki, büdcə iqtisadiyyatın aynasıdır. Diqqət yetirdikdə qarşıdakı ilin dövlət büdcəsinin əvvəlki ilin dövlət büdcəsindən kəmiyyət və ⁸ baxımından zəngin olduğunu görürük. Bu, Azərbaycanın ildən-ilə artan iqtisadi qüdrətinin və maliyyə imkanlarının göstəricisidir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın iqtisadi inkişaf modeli daim beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasında əhəmiyyətli rol oynayır. Bu qurumların proqnozlarında bu məqam xüsusi qeyd edilir ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla vəsait daxil olacaq ki, bu da əhalinin yüksək rifah şəraitinin daha yüksək olmasında, yoxsulluq probleminin tamamilə həllində özünün aydın ifadəsini tapacaq. Müqayisə üçün bəzi sosial-iqtisadi rəqəmlərə diqqət yetirək. Dövlətimizin başçısı İlham Əliyev istər  7 fevral prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində, istərsə də 7-ci çağırış Milli Məclisin ilk iclasında diqqəti bu göstəricilərə yönəldərək belə bir çağırışı səsləndirdi ki, qarşıya qoyulan hədəflərə çatmaq üçün iqtisadiyyat inkişaf etməlidir. Bu ilin sentyabr ayında keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirə Azərbaycanın  bugünədək keçdiyi iqtisadi inkişaf yolunun təqdimatı oldu. 2003-cü ildə  ümumi daxili məhsul 7 milyard dollar idi. 2023-cü ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollar oldu. Hazırda bu rəqəm 73 milyard dollardır. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulun cəmi 9 faizini, ondan da az təşkil edir. Bu,  sağlam maliyyə sistemimizin göstəriciləridir. Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI