Almaniya kəşfiyyatı: Rusiya Qərblə müharibəyə hazırlaşır

Rusiya Qərb ölkələri ilə əsl hərbi qarşıdurmaya hazırlaşmağa davam edir, lakin bundan əvvəl Şimali Atlantika Alyansının (NATO) üzvləri arasında parçalanma yaratmağa cəhd edə bilər.

turaninsesi.az” DW-yə istinadla xəbər verir ki, bunu Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) prezidenti Bruno Kal deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının tammiqyaslı hücumundan əvvəl NATO nizamnaməsinin gücünü yoxlamaq üçün lokal əməliyyatlar aparılacaq.

Kalın fikrincə, Moskva müdafiə alyansının nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş NATO üzvlərinə birbaşa hərbi yardım göstərmək öhdəliklərini pozmağa çalışacaq. 

Almaniya kəşfiyyatının rəhbəri bir daha vurğulayıb ki, bu onilliyin sonuna qədər Rusiya Qərb ölkələri ilə birbaşa hərbi qarşıdurma üçün kifayət qədər resursa malik olacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI