Namizədlər, təşviqat, yekin nəticələr… – Təqvim Planında başqa nələr var?

Gələn il yanvarın 29-na təyin edilən bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat 2025-ci il yanvarın 6-dan başlayacaq.

turaninsesi.az” xəbər verir ki, bu, bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında əksini tapıb.

Seçki Məcəlləsinin 72.3, 74.1.5, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat 2025-ci ilin yanvarın 6-dan başlayacaq və yanvarın 28-i 00:00-da dayandırılacaq.

Səsvermə günü – yanvarın 29-da seçicilərin səsvermədə iştirakı barədə məlumatlar gündə 5 dəfə veriləcək.

Seçkilərin yekunlarının yoxlanması fevralın 18-dək, seçkilərin yekunlarının elanı isə fevralın 23-dək başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI