Tehranın təmsilçisi Osloda: Amerika ilə danışıqların zəmini hazırlanır

İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi ABŞ ilə gələcək ikitərəfli danışıqlar üçün zəmin hazırlamaq məqsədi ilə Osloya səfər edib.

turaninsesi.az” “Farhikhtegan”a istinadla xəbər verir ki, Norveç tərəfi Tehran və Vaşinqton arasında gələcək birbaşa dialoqun əsasını hazırlamaq üçün belə bir təşəbbüslə çıxış edib.

Eyni zamanda, ikitərəfli danışıqlar üçün şəraitin həqiqətən də yaradılıb-yaratılmaması ilə bağlı şübhələrin olduğu qeyd edilir.