Polşa prezidenti Azərbaycanla sərhəddə
Ermənistanda səfərdə olan Polşa prezidenti Anjey Duda Yeraşxda (Arazdəyən) olub.
“turaninsesi.az” xəbər verir ki, o, Ermənistanda yerləşən Aİ müşahidəçiləri ilə patrul xidməti həyata keçirib.
Polşa prezidentinin ofisi bu barədə “X”-dakı mikrobloqda məlumat yayıb.
Duda missiyanın tərkibində olan polyaklarla da görüşüb.
Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter, müavini isə Pole Marek Kuberskidir. Missiya 2023-cü ilin fevralında iki il müddətinə yaradılıb, onun vəzifələrinə Ermənistan və Azərbaycan sərhədində vəziyyətin monitorinqi və patrul xidməti daxildir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI