İtdən qorxan Merkelin xatirəsi: “Putin bundan həzz alırdı!”

Almaniyanın keçmiş kansleri Angela Merkel yeni nəşr olunmuş “Azadlıq” kitabında Soçidəki görüşdə Putinin iti ilə onu necə qorxutmasını yeni nəql edib.

turaninsesi.az” xəbər verir ki, sabiq hökumət başçısı qeyd edib:

“2006-cı ilin yanvarında ilk inaquruasiya səfərimdən bəri Putin 1995-ci ilin əvvəlində evimin yaxınlığında it dişlədikdən sonra mənim itdən qorxduğumu bilirdi.

Kristof Höysgen bu barədə rusiyalı vəzifədaşı Sergey Prixodkoya məlumat verib və Putindən iti özü ilə gətirməməsini istəmişdi.

2006-cı ildə Moskvada, doğrudur, mənə azca sataşaraq, o, xahişimə hörmətlə yanaşdı: xüsusi hədiyyə kimi “dişləmir” deyə mənə iri içi pambıqla dolu oyuncaq it bağışladı. Əlimdən gələn yeganə şey gülümsəmək və buna dözmək idi.

Mən oyuncağı Kristof Höysgenə verdim, bir alman protokol zabiti həmin oyuncağı onun əlindən alanadək sanki əbədi olaraq “iti” özüylə daşımalı idi.

2007-ci ildə Soçidə Putinin labrador Konisi səhnəyə çıxdı. Bütün heybəti ilə!

Görüşün əvvəlində Putinlə birlikdə oturub foto və video çəkən fotoqraflara və çəkiliş qruplarına poza verərkən mən itə fikir verməməyə çalışdım. Halbuki dübbədüz yanımda idi.

Putinin üzündəki ifadədən anladım ki, o, vəziyyətdən həzz alır.

Sadəcə bir insanın təzyiq altında necə davrandığını görmək istəyirdi?

Bu kiçik bir güc nümayişi idi?

“Sakit ol, diqqətini fotoqraflara yönəlt, bu, çox çəkməyəcək”, – deyə həmin an fikirləşirdim.

Nəhayət, bütün bunlar bitdikdən sonra Putinə bu barədə bir söz demədim, əksinə, həyatım boyu tez-tez etdiyim kimi, Britaniyanın kral ailəsi ilə bağlı “Heç vaxt izah etmə, heç vaxt şikayət etmə” prinsipinə sadiq qaldım”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI