Rəsmi Tehran və Aİ nüvə müzakirələrini bərpa edir

Rəsmi Tehran İngiltərə, Fransa və Almaniya ilə danışıqları bərpa etməyi planlaşdırır.

turaninsesi.az” Kiodo-ya istinadla xəbər verir ki, bu barədə bəzi mənbələr məlumat yayıb.

İran və Avropa İttifaqının təmsilçiləri 2 illik fasilədən sonra nüvə müzakirələrini bərpa etmək üçün növbəti Cümə günü Cenevrədə toplaşacaqlar. Tehranın İsveçrəyə göndərəcəyi nümayəndə heyətinə baş nüvə müzakirəçisi Məcid Təxtrəvançi rəhbərlik edəcək.

Amerika, Rusiya və Çin nümayəndələri bu görüşə qatılmayacaqlar.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI