ABŞ qoşunlarını Əfqanıstandan çıxaran generalın rütbəsi artırılmadı

ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılmasına rəhbərlik etməyə kömək edən generalın rütbəcə yüksəldilməsinin qarşısı alınıb.

turaninsesi.az” CBS News-a istinadla xəbər verir ki, general-leytenant Kristofer Donahyu dörd ulduzlu rütbəsi almalı və ABŞ Ordusunun Avropaya komandanlığına rəhbərlik etməli idi.

Pentaqonun tövsiyəsinə baxmayaraq, Senatın Silahlı Qüvvələr Komitəsi bu təklifi qəbul etməyib.

Bu addım Donahyunun Əfqanıstandan qoşunların çıxarılmasında iştirakını nəzərə alınaraq atılıb