“İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəyəm” – Paşinyan
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar prosesində müəyyən müsbət irəliləyişlərin olduğunu bildirib.
“turaninsesi.az” TASS-a istinadən xəbər verir ki, Paşinyan bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində deyib.
Baş nazirin sözlərinə görə, o, öz növbəsində Azərbaycanla müqavilənin ilin sonuna qədər imzalanması üçün hər şeyi edəcək.