İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəldi
İsrail ordusu İranın nüvə obyektlərinə hücum etmək üçün ümumi razılığa gəlib.
“turaninsesi.az“-ın məlumatına görə, “Azad İran” bu barədə “Jerusalem Post” qəzeti xəbər verib.
Bildirilib ki, mövcud vəziyyət İsrailə İranın nüvə obyektlərini hədəfə almaq və sıradan çıxarmaq üçün fürsət təqdim edib.
Mənbənin sözlərinə görə, İsrail oktyabrın 26-da İranın nüvə obyektlərinə hücum etməsə də, gələcəkdə belə bir hücum ehtimalı həmişəkindən daha çoxdur.
“Uzun illərdən sonra ilk dəfədir ki, İranın nüvə proqramına hücum üçün lazım və mümkün iki şərt hazırlanır”, – deyə qəzetdə qeyd olunub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI