Livana dəyən zərər – 20 milyard dollar
İsraillə müharibə Livana artıq 20 milyard dollara başa gəlib.
“turaninsesi.az” Bloomberg-ə istinadla xəbər verir ki, bunu Livanın iqtisadiyyat naziri Amin Salam bildirib.
Bu itkilər Livanın 2023-cü ildə 18 milyard dollar təşkil edən ÜDM-dən artıqdır.
Nazir qeyd edir ki, birbaşa və dolayı xərclərə turizm və kənd təsərrüfatının demək olar ki, tamamilə dayandırılması, binaların zədələnməsi və işsizliyin artması daxildir.