Milli Məclisin sədri Sahibə QafarovaMDB Parlamentlərarası Assambleyasının Şura iclasında çıxış edib

Noyabrın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.
İclasda bir sıra təşkilati və gündəlikdəki məsələlər müzakirə olunub.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən Milli Məclisə növbədənkənar seçkiləri müşahidə edən MDB PA-nın missiyasının yekun rəyinin müzakirəsi zamanı çıxış edərək, görülən işlərə görə bütün müşahidəçi qruplara, o cümlədən Parlamentlərarası Assambleyanın müşahidə missiyasına təşəkkürünü bildirib.
Seçkilərin tarixinin dəyişdirilməsinin və sentyabrın 1-də keçirilməsinin, əsasən, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı olduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bu qərar özünü tamamilə doğruldub. Onun sözlərinə görə, parlament seçkiləri ölkənin siyasi həyatında bütün dövlət resurslarının səfərbər olunmasını tələb edən mühüm hadisələrdən biri olduğundan, 196 ölkədən 70 mindən çox qonağın, o cümlədən 80-dən çox prezident, vitse-prezident və baş nazirlərin qatıldığı qlobal xarakter daşıyan belə bir beynəlxalq tədbir zamanı seçkilərin keyfiyyətli təşkili qeyri-mümkün idi.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI