17 Noyabr Milli Dirçəliş Günü

0

Milli Dirçəliş günü Bakıda başlayan milli-azadlıq hərəkatı ilə bağlıdır.

Belə ki, 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan “Azadlıq”da Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.

Milyonlarla insan meydana toplaşaraq başda Mixail Qorbaçov olmaqla SSRİ rəhbərliyinin anti-Azərbaycan siyasətinə qarşı çıxdı.

Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

Artıq iki ildir ki, bu bayram Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi bir şəraitdə qeyd olunur.

Bütün Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edir, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirik!

Həmrəyliyimiz və dövlət müstəqilliyimiz əbədi olsun!

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir