Paşinyanın silahdaşı deputat mandatından imtina etdi

“Mən öz təşəbbüsümlə deputat səlahiyyətlərimə xitam verirəm”.

turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin Səhiyyə Məsələləri üzrə Daimi Komitəsinin sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Narek Zeynalyanın bəyanatında deyilir.

“Biz siyasi komanda ilə birlikdə olduqca çətin sınaqların öhdəsindən gəldik. Əminəm ki, həmkarlarım bəyan etdiyimiz dəyərləri qoruyub saxlamağa, Ermənistan Respublikasının qarşısında duran bütün çətinlikləri şərəflə dəf etməyə və arzularımızı reallığa çevirməyə davam edəcəklər”, – deyə istefa verən Zeynalyan yazıb.