Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilindövlət büdcəsinin layihəsinə baxılıb
Noyabrın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov iclası açaraq, tədbirdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib. O, parlamentlə hökumət arasında işgüzar münasibətlərin mövcud olduğunu, təqdim edilən büdcə sənədlərinin hər zaman yüksək keyfiyyət parametrlərinə cavab verdiyini söyləyib. Qeyd edilib ki, hazırlanan büdcə sənədləri ölkədə həyata keçirilən iqtisadi və sosial siyasətin vacib xüsusiyyətləri kimi qiymətləndirilə bilər. 2025-ci ilin dövlət büdcəsi layihəsi də ölkəmizdə Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və onun rəhbərliyi altında uğurla həyata keçirilən iqtisadi və sosial siyasət sahəsində əldə edilən nailiyyətləri özündə ehtiva edir. Büdcədə ötən müddətdə qazanılan uğurlarla yanaşı, hökumətin növbəti ildə əsas məqsəd və prioritetləri öz əksini tapır.
Əli Əhmədov vurğulayıb ki, növbəti ildə Azərbaycan hökumətinin əsas prioritetləri ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi, dövlət təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması işlərinin miqyasının genişləndirilməsi, vətəndaşların rifah halının yaxşılaşdırılması üçün layihələrin reallaşdırılması ilə bağlıdır. O, hazırda Azərbaycanda dünyanın ən mötəbər tədbirlərindən biri kimi qiymətləndirilən COP29 konfransının keçirildiyini, bu tədbir çərçivəsində ölkəmizin öz üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini xüsusi qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI