Milli Məclisin sədri Sahibə Qafarova Aralıq dənizi Parlament Assambleyasının prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 19-da Bakıda keçirilən COP29-da iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Aralıq dənizi Parlament Assambleyasının prezidenti Enaam Mayaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Görüşdə qlobal iqlim dəyişiklikləri ilə bağlı məsələlərin bütün dövlətləri narahat etdiyi qeyd edilərək, Bakıda COP29-un təşkil olunması ölkəmizə olan hörmətin əlaməti, Azərbaycanın beynəlxalq arenada oynadığı fəal rolun yüksək dəyərləndirilməsi kimi qiymətləndirilib.
Söhbət zamanı, iqlim dəyişikliyi ilə bağlı məsələlərin bütün dövlətləri təhdid etdiyi, onun müşahidə olunan fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI