Kreml: Ərdoğanın təklifləri qəbuledilməzdir
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın G20 sammitində səsləndirəcəyi bildirilən Ukraynada hərbi əməliyyatların dondurulması təklifi Moskva üçün apriori qəbuledilməzdir.
“turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Belə olan halda, prezident Putinin formalaşdırdığı iyun şərtləri öz aktuallığını tamamilə saxlayır”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Rusiya və Türkiyə liderlərinin son təmasları zamanı Ərdoğanın Ukraynadakı hərbi əməliyyatları dondurmaq planını müzakirə edib-etmədiklərini soruşduqda o, belə cavab verib:
“Xeyr, bu, müzakirə olunmayıb”.