Beynəlxalq tədbirlərdə

Milli Məclisin Gənclər və idman komitəsi sədrinin müavini Könül Nurullayeva noyabrın 19-da Kamboca Krallığının Pnompen şəhərinə səfər edəcək.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Milli Məclisin deputatı səfər çərçivəsində noyabrın 21-24 tarixində keçiriləcək Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) 12-ci Baş Assambleyasının iclasının və noyabrın 23-26-da keçiriləcək Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlamentin 11-ci Plenar Sessiyanın işinə qatılacaq, həmçinin Azərbaycanla Kamboca arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI