Polisi qətlə yetirən şəxsin istintaqı bitdi
Bakıda polisi qətlə yetirməkdə təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
“turaninsesi.az” xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Anar Sadıqovun icraatına verilib.
Hadisə bu il iyulun 7-də Binə qəsəbəsində qeydə alınıb. Əvvəllər məhkum olunmuş və axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Məmmədov saxlanılarkən polisə bıçaqla müqavimət göstərib. 1986-cı il təvəllüdlü Fəxrəddin Nəsirova bıçaqla xəsarət yetirərək qətlə yetirib.
Mehman Məmmədov Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI