Putinin təyyarəsi yanacaqsız qalıbmı? – Kremldən cavab
Rusiya tərəfi dövlət başçısının xarici səfərlərini diqqətlə hazırlayır ki, onun təyyarəsinin yanacaqla doldurulmasında problem olmasın.
“turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Əlbəttə, dövlət başçısının səfərləri ən diqqətlə həyata keçirilir. Bütün zəruri təminatları alınır. Əgər suallar yaranırsa, bu, başqa səviyyəli təmasların səbəbi ola bilər”, – deyə Peskov izah edib.
O, “Konkret ölkəyə səfərləri zamanı sanksiyalara görə prezident təyyarəsinin yanacaqla doldurulmasında problem yaranıbmı” sualına belə cavab verib. Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da oxşar çətinliklərlə bağlı məlumat vermişdi. O cümlədən Cənubi Afrikada və Braziliyada nazir belə problemlərlə qarşılaşıb.