Paşinyan: Noyabrın 9-da məni başqalarının fikri maraqlandırmırdı
9 noyabr 2020-ci ildə bildirdim ki, hazırda heç kimin fikri ilə maraqlanmıram, bu məsuliyyəti öz üzərimə götürürəm və bu sənədi imzalayacağam.
“turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan deyib.
“Düşünürəm ki, doğru şeyi etmişəm. Başqa sual budur ki, mən bunu niyə etdim?” – deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, elə vaxtlar olur ki, sadəcə məsuliyyəti öz üzərinə götürməlisən.