Türkiyə Prezidenti Yunanıstana xəbərdarlıq edib: “Bir gecə qəfil gələ bilərik”

0

“Yunanıstanda bir neçə adam dinc dayanmır”.

Turanın səsi” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında jurnalistlərə açıqlamasında deyib.

Dövlət başçısı vurğulayıb ki, Türkiyə Yunanıstanla dinc qonşuluq münasibətlərində maraqlıdır.

“Amma bəzi yunan rəsmiləri hədlərini aşırlar. Başa düşmək lazımdır ki, adaları silahlandırmaq mənasızdır. Adaya gətirilən təyyarələrin, silahların faydası yoxdur. Çünki burada Türkiyə var. Bu, kürək yox, ürək işidir. Hər zaman dediyimiz kimi, bir gecə qəfil gələ bilərik”, – R.T.Ərdoğan söyləyib.

Xatırladaq ki, R.T.Ərdoğan G20 ölkələrinin İndoneziyanın Bali adasında keçirilən IX sammitində iştirak edir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir