Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlend ilə görüşüb.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycan və Birlik arasında əməkdaşlıq məsələləri, paytaxtımızda keçirilən COP29 və ölkəmizin COP29-a sədrliyi çərçivəsində irəli sürdüyü qlobal təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.
Spiker Sahibə Qafarova Patrisiya Skotlendlə bundan öncəki görüşlərini məmnunluqla xatırlayaraq, Baş katibin bu vəzifədə ölkəmizə cari ilin may ayında reallaşan ilk səfərinin Azərbaycan və Birlik ölkələri arasında institusional əməkdaşlıq qurmağa imkan verdiyini söyləyib. Qeyd olunub ki, bu əməkdaşlığın praktiki xüsusiyyətlərinə Birlik vasitəsilə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə siyasi və maliyyə dəstəyinin göstərilməsi daxildir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI