Trampla gizli sövdə: “Hizbullah”la atəşkəs razılaşması hazırlanır
İsrail ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla Livandakı “Hizbullah” hərəkatı ilə atəşkəsə necə nail olmağı müzakirə edir.
“turaninsesi.az” “The Washington Post”a istinadla xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən məlumatlı mənbə bildirib.
İsrailin strateji işlər naziri Ron Dermer ABŞ-a səfəri zamanı Ağ Evə getməzdən əvvəl Trampın Mar-a-Laqo malikanəsində olub. Trampın iqamətgahında müzakirələr atəşkəs təklifi üzərində qurulub. Danışıqlarda yeni seçilmiş prezidentin kürəkəni Cared Kuşner də iştirak edib.
İsrail tərəfinin şərtlərinə Hizbullah qüvvələrinin Livandakı Litani çayı üzərindən çıxarılması, habelə sonrakı danışıqların nəticəsiz qalacağı təqdirdə İsrail qoşunlarının Livan ərazisində quru əməliyyatlarını bərpa etmək imkanları var. Gözlənilir ki, Livan hərbçiləri ABŞ və İngiltərənin nəzarəti altında ən azı 60 gün ərzində İsraillə sərhədi nəzarət edəcək.
Bununla belə, ABŞ və İsrail hakimiyyətinin nümayəndələri “Hizbullah”ın hələlik təklifə cavab vermədiyinə aydınlıq gətiriblər. Bundan əlavə, İsrail hərbçilərinin hazırlanan razılaşmanın yerinə yetirilməməsi halında yenidən Livan ərazisində fəaliyyət göstərə bilməsi şərtini Livan hakimiyyəti rədd edir.
Eyni zamanda, “Hizbullah”a yaxın mənbə bəyan edib ki, hərəkat atəşkəs çərçivəsində qüvvələri Litanidən kənara çıxarmaq istəyir.
Adını açıqlamayan İsrail ordusunun sözçüsü bildirib ki, danışıqların nəticəsiz qalacağı təqdirdə İsrail ordusu Livanda quru əməliyyatlarının ikinci mərhələsinə hazırlaşır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI