Pezeşkian Trampla danışıqlara meyllidir – İddia
Məsud Pezeşkian hökumətində bir çoxları Donald Tramp administrasiyası ilə danılşıqlar fikri ilə razıdır.
“turaninsesi.az” New York Times-a istinadla xəbər verir ki, bunu adının çəkilməsini istəməyən 5 İran rəsmisi bildirib.
Bu iddianı sübut etmək üçün ABŞ nəşri İranın “Şərq” qəzetinə istinad edərək yazıb: “İranın yeni və mötədil prezidenti Məsud Pezeşkian keçmişin səhvlərindən qaçmalı, praqmatik və çoxölçülü siyasət yeritməlidir”.
“New York Times”ın mənbələri isə deyib ki, “cənab Pezeşkian hökumətində bir çoxları bu fikirlə razıdır. Tramp başqalarının uğursuz olduğu yöndə sövdələşmə bağlamağı xoşlayır və o, istənilən potensial razılaşmaya daha çox güc sərf edə bilər. Bu, Birləşmiş Ştatlarla uzunmüddətli razılaşmaya imkan yarada bilər”.
Eyni zamanda, İran hökumətinin keçmiş müşaviri Həmid Əbutalebi Məsud Pezeşkiana ünvanladığı açıq məktubda yazıb: “İran və ABŞ arasındakı münasibətləri dəyişdirmək üçün tarixi fürsəti əlddən qaçırmayın”. O, İran prezidentinə Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik etməyi və praqmatik və gələcəyə hesablanmış siyasət üçün yeni ton qəbul etməyi tövsiyə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI