Hikmət Hacıyev: Sülh danışıqları gələn ay davam edəcək

0

Azərbaycan və Ermənistan gələn ay sülh müqaviləsinin mətninin müzakirəsinə qayıdacaqlar.

turaninsesi.az” TASS-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.

O, Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP-29) Tərəflərin 29-cu Konfransı çərçivəsində deyib:

“Hazırda Azərbaycanın gündəmində olan əsas mövzu noyabrın sonuna qədər COP-29-dur. Şübhəsiz, dekabr ayından başlayaraq Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin müzakirəsi və danışıqların davam etdirilməsi ilə bağlı yeni proses başlayacaq”.

Hikmət Hacıyevin sözlərinə görə, sənədin mətninə dair müəyyən suallar var: “Ona görə də ekspertlər səviyyəsində müzakirələr və danışıqlar davam edir. Çünki Ermənistan tərəfi sülh müqaviləsinin mətni ilə bağlı təkliflərimizə vaxtında cavab vermədi.

Beləliklə, biz bu kontekstdə gecikmiş prosesi hiss edirik. Şübhəsiz, dekabrdan başlayaraq yeni proses olacaq”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir