Deputatlar Qazaxıstanda prezident seçkilərini müşahidə edəcəklər

0

Milli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar  prezident seçkilərini müşahidə etmək üçün noyabrın 17-də Astana şəhərinə səfər edəcək.

Deputatlar Jalə Əliyeva, Naqif Həmzəyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) xətti ilə, millət vəkili Vüqar İskəndərov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən seçkiləri izləyəcəklər. 

Beynəlxalq müşahidəçilər qismində seçkilərdə iştirak edəcək deputatlarımız hazırlıq mərhələsi ilə tanış olacaq və seçki məntəqələrində prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər.

Səfər noyabrın 23-də başa çatacaq.

Milli Məclisin Mətbuat və 

ictimaiyyətlə əlaqələr şöbəsi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir