“COP29-da iştirak etməmək Ermənistan üçün itirilmiş fürsətdir” – Ceyhun Bayramov

“Azərbaycan COP29-un inklüzivliyini təmin etmək üçün konvensiyaya üzv tərəflərə olduğu kimi, o cümlədən Ermənistana da dəvət göndərib”.

turaninsesi.az” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan tərəfindən qeydiyyatdan keçən nümayəndələrin COP29-da iştirakı müşahidə edilməyib:

“Ermənistan tərəfindən də konfransda iştirakla bağlı bir neçə nümayəndənin qeydiyyatdan keçməsinə baxmayaraq, onların COP29-da iştirakı müşahidə edilməyib. Bunun da onlar üçün itirilmiş fürsət olduğunu hesab edirik”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir