Almaniya Slovakiyada Ukraynaya tədarük edilən hərbi texnikaların bərpa mərkəzini yaradacaq
Almaniya Slovakiyada Ukraynaya tədarük edilən silah və hərbi texnikaların bərpası mərkəzini yaradacaq.
“Turanın səsi “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Kristina Lambrext bildirib.
Onun sözlərinə görə, əsas diqqət Almaniyanın “Pzh 2000” haubitsalarına yönəldiləcək: “Tərəflər çatdırılan bütün avadanlıqların döyüş bölgələrindən çıxarıldıqdan sonra təmir olunması ilə bağlı razılığa gəliblər. Biz dərhal işə başlaya bilərik”.