Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri Azərbaycana səfərə gəlib
Banqladeş Xalq Respublikasının müvəqqəti hökumətinin Baş müşaviri Məhəmməd Yunus BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
“turaninsesi.az” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.